Yəmənin cənubunda Ədən şəhərinin valisinə hücum edilib.Yenizaman.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" televiziya kanalı məlumat yayıb.
Məlumata görə, naməlum şəxslər məmurun içərisində əyalətin təhlükəsizlik rəisi də olan kortejini atəşə tutub.
Liman şəhərinin əl-Mansura kvartalında baş verən hücum nəticəsində vali İdrus əz-Zubeydi və onu müşahidə edənlər xəsarət almayıb. Sonradan yaranmış silahlı qarşıdurmada hücum edənlərin bir neçəsi öldürülüb.
.
