Yəməndə hökümət qüvvələri və üsyançılar arasında döyüşlər gedir. Yenizaman.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, ordu bölmələri və üsyançı şiələr-hutilər arasında Taiz şəhərində baş verən qarşıdurma nəticəsində 57 nəfər həlak olub.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiyaya məxsus təyyarələrin döyüş bölgəsini bombaladığı bildirilir. Dinc sakinlər döyüş zonasını tərk edirlər.
.
