Oman dənizində meydana gələn Chapala qasırğası Yəmənin Hadramut şəhəri sahilində şiddətli yağış ilə küləyə səbəb olub.
Şiddətli yağış və külək nəticəsində fərqli bölgələrdən 1230 ailə təxliyyə edilib.
Bəzi bölgələrdə elektrik enerjisinin tamamilə kəsilib və mənfi hava şəraitinə görə yaranan problemləri aradan qaldırmaq mümkün olmayıb. Oman dənizində meydana gələn Chapala qasırğası Yəmənin Sokotra Adasına ziyan vurub və Hadramut, Əl-məhrəm və Şebveye doğru irəliləyib.
Dünya Meteorologiya Təşkilatı (DMO) oktyabrın 30-da Chapala qasırğasının Yəmənin şimalına doğru hərəkət etdiyini və qasırğanın Yəməndə sıx yağış, daha sonra isə sel və torpaq sürüşməsinə səbəb ola biləcəyini proqnozlaşdırmışdı.
Xatırladaq ki, çox nadir hallarda qasırğaların olduğu Ərəb Yarımadasında 2007-ci ildə baş verən Qonu qasırğası təxminən 50 adamın ölümünə səbəb olmuşdu.
dunya.com
.
