Ötən gün Yəmənin Ədən şəhərində quru və hava əməliyyatları zamanı "Əl-Qaidə" terror təşkilatının 12 üzvü zərərsizləşdirilib.
Yenizaman.az AFP-yə istinadən xəbər verir ki, əməliyyat zamanı, həmçinin iki polis əməkdaşı ölüb.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi anti-terror koalisiyasının qırıcı və vertolyotları yerüstü əməliyyatlara dəstək məqsədi ilə 4 raket zərbəsi endirib.
Daha sonra toqquşmalar Mənsur şəhər limanı ərazisində davam edib.
.
