Ərəb dənizinin Yəmən sahillərində ən azı 60 yerli sakinin batdığı ehtimal edilir.
AzNews.az "Associated Press"ə istinadən xəbər verir ki, hökumətin bəyanatına görə, 5 gün əvvəl Sokotra adasından 40 km. aralıda Hadramaut vilayətindən yola çıxan gəmi gözdən itib. Sərnişinlər arasında qadınlar və uşaqlar da var.
Vilayətin qubernatoru Əhməd ibn Break bildirib ki, iki nəfər artıq xilas edilib, digər sərnişinlərin axtarışı isə davam edir.
.
