İaşə müəssisələrində qida ilə koronavirusa yoluxma riski son dərəcə azdır.

Belə yerlərdə infeksiya, bir qayda olaraq, sosial məsafə, maska ​​rejimi və gigiyena kimi sanitariya tədbirlərinə əməl edilməməsi ilə əlaqələndirilir.

Bunu Rusiyada Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun Molekulyar Diaqnostika Mərkəzinin aparıcı mütəxəssisi Mixail Lebedev “RİA Novosti”yə verdiyi müsahibəsində deyib.

“220 min nümunədən 321-də, yəni yüzdə 0,15-də koronavirus aşkar edilib, halbuki qidanın içində aşkarlanmayıb”, - deyə mütəxəssis bildirib.

.