30 iyun-5 iyul tarixlərində günvurma şikayəti ilə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardıma 9 nəfər müraciət edib.

Səhiyyə Nazirliyindən bildirilib ki, onlardan 1 nəfəri uşaq olub. Böyüklərdən isə 3 nəfəri hospitalizasiya edilib, 5 nəfərə yerində yardım göstərilib.

Yay mövsümü başlayandan Bakıda 28 nəfəri gün vurub.
 

.