"Transfermarkt" portalı yay fasiləsinin ən bahalı keçidlərini açıqlayıb.
Yenizaman xəbər verir ki, siyahının ilk pilləsində "Tottenhem" klubunun transferi Dominik Solanki yer alıb.
Hotspur təmsilçisi futbolçunun "Bornmut"dan transferi üçün 66,5 milyon avro ödəyib. Fransanın "Lill" klubundan "Mançester Yunayted"ə transfer olunan Leni Yoro isə ikinci pillədə yer alıb. Mançester təmsilçisi fransalı futbolçu üçün 62 milyon avro xərcləyib.
"İlk 3-lüy"ü "Vulverhempton" klubundan "Çelsi"yə keçən Pedro Neto qapayıb. Onun keçidi London təmsilçisinə 60 milyon avroya başa gəlib.
.