İordan çayının Qərb sahilindəki son hadisələr Qəzza zolağında atəşkəsin sabitliyinə təhdid yaradır.
Bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
“Qərb sahilindəki hadisələrin nəzarətdən çıxacağı, daha böyük toqquşmalara çevriləcəyi və Qəzza zolağında göstərdiyimiz səyləri sarsıdacaq təsir yaradacağı ilə bağlı müəyyən narahatlıqlar mövcuddur”, – deyə Rubio jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, vəziyyətin nəzarətdən çıxması ehtimalı azdır, çünki ABŞ belə bir inkişafın qarşısını almaq üçün bütün səylərini göstərəcək. O həmçinin İsrail hakimiyyətinin son oxşar hücuma verdiyi reaksiyanı müsbət qiymətləndirib.
Xatırladaq ki, çərşənbə axşamı onlarla israilli sakin İordan çayının qərb sahilində yerləşən iki fələstin kəndinə hücum edib, avtomobilləri və evləri yandırıblar. Daha sonra hadisə yerinə gələn İsrail əsgərləri ilə toqquşma baş verib.
.
