Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə olan Komissiyanın tərkibi dəyişib.

Bu, Prezident İlham Əliyevin sərəncamı ilə “Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.

Sərəncama əsasən, Komissiyanın yeni tərkibi aşağıdakı kimi olacaq:

“Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Azərbaycan Respublikasının ədliyyə naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri.

Bundan əvvəl Komissiyanın tərkibi belə idi:

Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Azərbaycan Respublikasının ədliyyə naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri.

.