"Bu günə qədər YAŞAT Fonduna ən çox müraciət mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı olub -37.70 faiz müraciət".

Bunu mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

O bildirib ki, daha sonra tibbi xərclərin ödənməsi (37,40 faiz), borc öhdəliklərinin qarşılanması (16,55 faiz), təhsil xərclərinin ödənməsi üçün (1,33 faiz) və digər xərclərdir (7,01 faiz). 

Ülvi Mehdiyev qeyd edib ki, bəzən ailələrlə görüşəndə bir neçə problem qeydə alınır:  "Ancaq çalışırıq ki, ən vacib problem hansıdırsa, onu qeyd edək. Məsələn, bir ailənin 5 problemi həll olunub, digərinin heç bir problemi həll olunmasa, yaxşı olmaz. 3 aydan sonra həmin ailələrlə görüşəcəyik ki, onların həmin problemi həll olunubmu". 

Ülvi Mehdiyev: "YAŞAT Fondu bütün şəhid ailələrinə yardım edəcək"

"YAŞAT Fondu bütün şəhid ailələrinə yardım edəcək". 

Bunu mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, yaralılara gəldikdə isə, ağır yaralılar, yəni əlilliyə düşə biləcək yaralılar müraciət edə bilər.

Mart ayından sonra I Qarabağ müharibəsi və 2020-ci ilə qədər olan şəhid ailələri və qazilər də Fonda müraciət edə biləcək.

“YAŞAT” Fonduna toplanan vəsait açıqlanıb

"İstənilən vətəndaş “YAŞAT” Fondunun saytı vasitəsilə  həm gəlirləri, həm də xərclərinə nəzarət edə biləcək".

Bunu mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, bu günə qədər Fonda toplanan ümumi vəsait 24 804 936. 86 manatdır. Bu məbləğin 15 036 831. 70 manat fiziki şəxslər, 9 768 105. 16 manat hüquqi şəxslər tərəfindən ödənilib. Xərclənən vəsait isə 863 278.49 manatdır.

.