Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Yunanıstanın müdafiə naziri Nikos Dendias və səhiyyə naziri Adonis Georgiadisin təhdidlərinə cavab verib.

Yenizaman-ın məlumatına görə, o bu barədə Türkiyə Böyük Millət Məclisində (TBMM) jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Türkiyəyə hər il 60 milyon turist gəlir, gözləyirik. Turist səfəri üçün gözləyirik”, - nazir bildirib.

Qeyd edək ki, daha əvvəl Yunanıstanın müdafiə naziri Nikos Dendias “bir gecə F-35 qırıcıları ilə qəfil Ankaraya gedə biləcəklərini” demişdi.

.