“Bütün dünya artıq belə bir nəticəyə gəlib ki,  bu gün koronavirusla mübarizədə karantindən başqa əlimizdə təsirli bir metod yoxdur”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, biz bunu Avropa ölkələrində də, qonşu Rusiya və Türkiyədə də görürük: “Avropa ölkələrində noyabrın 1-dən başlayaraq sərtləşdirmə tədbirləri fərqli ölkələrdə müxtəlif cür aparılır. Bunların içində İtaliya, Portuqaliya, Fransa, Birləşmiş Krallıq və s var. Hər birində fərqli sərtləşmələr var. Bəzilərində iaşə obyektləri, bəzilərində məktəblər bağlanıb. Amma bu gün bundan fərqli mübarizə metodu hələ ki, yoxdur. Mübarizə metodlarımız karantin rejimi, maska istifadəsi, fiziki məsafə, dezinfeksiya vasitələrinin istifadəsidir. Təəssüf ki, peyvəndin tətbiqinə başlanılana qədər əlimizdə bundan başqa tədbirlərimiz yoxdur”. 

.