Yaponiyanın şimalında 7,5 maqnitudalı zəlzələdən sonra həmin ərazidə 24 yeraltı təkan baş verib.

Yeraltı təkanların maksimal maqnitudası – 6,4 minimal – 2,7 təşkil edib. Zəlzələ ocağının dərinliyi 10-50 kilometr arasında dəyişib.

Qeyd edək ki, zəlzələ Aomori şimal prefekturasında baş verib. Yaponiyanın əsas adası olan Honşunun şimal-şərq sahili və ölkənin ən şimal adası Hokkaydonun şərq sahili boyunca sunami təhlükəsi elan edilib. Sunaminin maksimal hündürlüyü 70 santimetr olub.

.