Yaponiyanın baş naziri Yosihide Suqa ölkənin Regional inkişafı üzrə naziri Tesusi Sakamotonu Tənhalıq üzrə nazir vəzifəsinə təyin edib.

TASS xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Kasunobu Kato Tokioda keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, Yaponiya hökumətində tənha vətəndaşların problemləri üzrə məsul olan nazir vəzifəsi ilk dəfə yaradılıb.

"Bu təyinatın hədəfinə gəlincə, söhbət aşağı doğum səviyyəsi olan cəmiyyətin yaşlanması səbəbi ilə ortaya çıxan sosial problemlərin həllindən gedir. Bura həmçinin ilk növbədə qadınlar və gənclər arasında mövcud olan intiharlar problemi də aiddir", - Kato deyib.

Nazirlər Kabinetinin baş katibinin sözlərinə görə, ölkədə tənha sakinlərin problemləri pandemiya dövründə kəskinləşib. Yaponiyada son 11 ildə ilk dəfə intiharların sayı kəskin artaraq 20 919-a çatıb.

Ekspertlərin fikrincə, epidemiyalar zamanı məşğulluğun olmaması uşaqlara və evə qayğı yükünün artması stres səviyyəsini artırır.

Daha əvvəl "gündoğar" ölkədə yalqızlıqla mübarizə ilin əsas trendi adlandırılıb. “Telenor” şirkətinin icmalında bildirilir ki, koronavirus pandemiyasının başlaması ilə dünyada tənha insanların sayı artıb, bu isə psixoloji problemlərlə nəticələnə bilər, həmin səbəbdən də tezliklə müvafiq texnologiyalar yaradılmalıdır.

.