Yaponiyada məktəbli avtobusu aşıb.

Yenizaman.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Aomori prefekturasında, Oirase qəsəbəsində baş verib. Qəza zamanı 30-a yaxın məktəbli xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Polis hadisənin başvermə səbəblərini araşdırır.
.