Yaponiyanın Kanaqava prefekturasında  naməlum bıçaqlı şəxsin məhdud imkanlı insanların yaşadığı tibb müəssisəsinə hücumu nəticəsində 19 nəfər ölüb, 45 nəfər xəsarət alıb, onlardan 20-nin vəziyyəti ağır kimi qiymətləndirilir.
 
Cinayəti törədən şəxs saxlanılıb.  26 yaşlı Satoşi Uematsu olub. əvvəllər həmin müəssisədə işləyib. Hazırda hüquq-mühafizə orqanları qətlin motivini araşdırır.

APA
.