Bu gün yerli vaxtla saat 00.51 radələrində Yaponiya sahillərində 6,3 maqnitudalı zəlzələ olub.

Bu barədə Yaponiya Meteoroloji Agentliyi məlumat yayıb.

Zəlzələnin ocağı Kagoşima əyalətinin Amami-Ooşima qəsəbəsi yaxınlığında, 160 km dərinlikdə yerləşib.

Kagoşima və yaxınlıqdakı əyalətlərdə hiss edilən zəlzələ ilə bağlı sunami barədə xəbərdarlıq edilməyib.

.