"Turan Tovuz" futbolçusu Aleks Souzanın transferi ilə bağlı Yaponiyanın "Kyoto" komandası ilə razılıq əldə edib.
Klubdan verilən məlumata görə, 24 yaşlı braziliyalı hücumçu tibbi müayinədən keçdikdən sonra Asiya təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, Aleks Souza Premyer Liqada "Turan Tovuz"un forması ilə 66 oyuna çıxıb.
.
