![](/uploads/img/posts/2024/02/05/e25425dd-9577-31ae-af4c-f657c06ad4a0_850jpg-1707120640.jpg)
Yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə zəhərlənmə şübhəsi ilə 664 nəfər daxil olub.
KTM-dən verilən məlumata görə, onlardan 93 nəfər Toksikologiya şöbəsinə qəbul edilib.
Şöbəyə qəbul edilən xəstələrdən 16-sı dəm qazından, 6-sı botulizmdən, 40-ı dərman zəhərlənməsindən, 5-i etanoldan, 3-ü allergik reaksiyadan, 23-ü isə sirkə turşusundan zəhərlənən şəxslərdir.
Həkimlərin səylərinə baxmayaraq zəhərlənən şəxslərdən 7-si dünyasını dəyişib, onlardan 6-sı kişi, 1-i qadın olub.
.