Sahibkarlar və avtomobil sahiblərinə kompensasiya verilmir

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında baş vermiş yanğın hadisəsi zamanı zərərçəkmiş qeyri yaşayış və avtomobil sahibləri Nazirlər Kabinetinə müraciət edib.
Müraciətdə bildirilir ki, 19 may 2015-ci ildə Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yanğın zamanı avtomobillərinə və ticarət sahələrinə ciddi ziyan dəyib.


"Prezident İlham Əliyevin 19 may 2015-ci ildə hadisədən dərhal sonra imzaladığı sərəncam qismən yerinə yetirilsə də, bu günə kimi tam həllini tapmayıb. Bir qrup avtomobil və qeyri yaşayış sahiblərinə hadisədən 6 ay keçməsinə baxmayaraq, Prezidentin sərəncamına uygun olaraq nəzərdə tutulmuş dəymiş zərər ödənilməyib. Komissiyanın bütün üzvlərinə etdiyimiz müraciətlər cavabsız qalıb”- deyə zərərçəkənlərin imzaladığı müraciətdə qeyd olunub.


Zərərçəkənlər Nazirlər Kabinetini bütün ziyanın ödənilməsi üçün 1 ay müddətində qərar qəbul etməyə çağırıb. Əks halda dəymiş ziyanın alınması üçün məhkəməyə müraciət edəcəklərini bəyan ediblər.
.