COP29-un baş danışıqçısı, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ABŞ xəzinədarlığı katibinin köməkçisinin müavini vəzifəsini icra edən Lida Fitts ilə iqlim maliyyəsi məsələlərini müzakirə edib.

Bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Yalçın Rəfiyevlə Lida Fitts arasında məhsuldar görüş keçirilib. Əsas diqqət iqlim maliyyəsinin təşviqi, şəffaflıq və Bakıda keçiriləcək COP29 ərəfəsində konsensusa nail olmağa yönəlib. Əməkdaşlığın genişləndirilməsi və məqsədlərə nail olunması üçün müsbət təkan əldə edilib”, - paylaşımda qeyd edilib.

.