Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyevlə görüşüb.

Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko “X” platformasındakı paylaşımında bildirib.

“Mən xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyevlə çox konstruktiv görüşümüzə və Bakıda keçiriləcək COP29-a dair Aİ səfirləri ilə yaşıl diplomatiyaya dair müzakirələrimizə görə minnətdaram”- deyə səfir paylaşımında bildirib.

.