
Şübhəsiz ki, qadınların ən böyük problemlərindən biri də saçlarının tez yağlanmasıdır. Bəs saçlar nə üçün yağlı olur?
Əslində isə saçlar deyil, başın dərisi yağlı olur. Bu isə tük follikulları ilə yanaşı, piy vəziləri tərəfindən piyin artıq dərəcədə ifraz olunması nəticəsində baş verir. Saçlar bu piyi özlərinə tez hopdurur ki, bunun da nəticəsində onlar parıldayır, bir-birinə yapışırlar. Belə saçlara toz və çirk daha tez hopur. Əksər hallarda belə saçların üzərində yağlı kəpəklər də (yağlı seboreya) görmək olur. Saçların yağlı olmasının səbəbləri dərinin yağlı olması səbəbləri ilə eynidir: irsiyyət, qeyri-düzgün qulluq və s.
Saçların tez yağlanmasının qarşısını alan 5 sadə üsul:
- Duş alarkən suyun isti olmamasına diqqət yetirin. Əsasən ilıq suyla duş almağa çalışın. Çünki, isti su saç dərisini qurudur, buna qarşılıq bədən daha çox yağ istehsalı etdiyi üçün saçlarınız daha tez yağlanır.
- Saç tipinizə uyğun şampun seçin.Tez yağlanan saç dərisinə kremli şampun istifadə etsəniz bu saçlarınızın daha tez yağlanmasına gətirib çıxardac.
- Saçlarınızı tez-tez daramayın və gün içində saçlarınızla oynamayın.Bu hərəkətlər saçların tez yağlanmasına gətirib çıxardır.
- Saça qulluq kremi istifadə edərkən, saçlarınızın dibinə təmas etməməsinə diqqət edin.Yalnız saç uclarına tətbiq edin.
- Həftədə bir gün sirkəli suyla saçlarınızı durulayın və fendən istifadə etmədən qurumağa buraxın. /atv.az/
.