Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşları artırılıb.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərman Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə imzalanıb.

Fərmanla Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 2,1 dəfə artırılır.

Fərmanda nəzərdə tutulan hərbi qulluqçular üçün artım əmsalı tətbiq edilir.

Fərman 2022-ci il dekabrın 1-dən (siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən vəzifələr üzrə 2023-cü il yanvarın 1-dən) tətbiq edilir.

.