Xorvatiyada Macarıstanın hərbi helikopteri qəzaya uğrayıb.

Bu barədə Xorvatiya Müdafiə Nazirliyi “Twitter“də yazıb.

Qeyd olunub ki, qəza zamanı helikopterin göyərtəsində üç nəfər olub, onlardan 2-si ölüb.

Drniş şəhəri yaxınlığında qəzaya uğrayan helikopterdə olan digər şəxsin axtarışları davam etdirilir.

.