Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar YeniZaman Partiyasının bəyanatı 

Əziz həmvətənlər!    

Bu gün Azərbaycan xalqı bəşərtarixinin ən qanlı səhifələrindən birini – Xocalı soyqırımının 34-cü  ildönümünü  dərinhüzn və eyni zamanda milli qürur hissi ilə yad edir.1992-ci ilin fevralın 26-da Xocalıda törədilən cinayət yalnız birşəhərin məhvi deyil, bəşəriyyətin humanizm dəyərlərinin güllələnməsi idi.

Lakin bu ilki ildönümü tariximizdə xüsusi bir mərhələyə təsadüf edir.Artıq Xocalı yarası qanayan bir yurd yeri deyil, üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı azad və suveren ərazimizdir.
Yeni ZamanPartiyası olaraq bəyan edirik: Beynəlxalq Hüquq İmtahan Qarşısındadır: Biz hələdə beynəlxalq ictimaiyyətdən Xocalı soyqırımına tam və qəti hüquqi qiymət verilməsini tələb edirik. Cinayətkarların birqismi artıq ədalətlı cəzalarını alıblar, lakin bu proses sonuncu caniyə qədər davam etməlidir. Cəzasız qalan hər bir cinayət yenifaciələrə rəvac verir.

Əgər Xocalı soyqırımını unutsaq, bunun təkrarını yaşaya bilərik.Biz "Xocalını unutmadıq" şüarından "Xocalını yaşadırıq" mərhələsinə keçmişik.Əsas prioritet Xocalının yenidən qurulması, soydaşlarımızın öz doğmayurdlarına qayıdışı və bu torpaqlarda əbədi sülhünt əmin olunmasıdır.

Əziz xalqımız!
Biz sülh tərəfdarıyıq, lakin tarixi dərslərimizidə unutmamışıq. Güclü dövlət və sarsılmaz birlik bizim yeganə çıxış yolumuzdur. 34 iləvvəl çəkilən o ağrılı fəryad bu günAzərbaycanın qüdrətli səsində boğulub.

Xocalı şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimiz vəxalqımız qarşısında baş əyirik.

 Yeni Zaman Partiyasının sədri Musa Ağayev.

.