Xırdalan şəhərində qətl hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə 20 Yanvar küçəsində qeydə alınıb.

Belə ki, 31 yaşlı Elgün Ağahəsənov həyat yoldaşı, 24 yaşlı Axirə Nadirovanı çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, ər saxlanılıb.

O, ilkin ifadəsində evə gələrkən arvadının həmin vaxt cehizlərini yığaraq mənzili tərk etməsi və qətli də məhz qısqanclıq zəminində törətdiyini etiraf edib.

Məlumata görə, A.Nadirova həyat yoldaşından boşanmaq üçün ərizə ilə məhkəməyə müraciət edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Hadisəni törədən E. Ağahəsənov saxlanılıb.
.