“Türkiyədə zəlzələdə xəsarət alanların arasında azərbaycanlıların olub-olmaması məsələsi araşdırılır. Bu istiqamətdə müvafiq iş aparılır”.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, araşdırmalar aparılır:
“Azərbaycanın Türkiyədəki səfirliyi Türkiyənin aidiyyəti qurumlarına sorğular ünvanlayıb. Hər hansısa bir dəyişiklik olarsa, ictimaiyyətə əlavə məlumat veriləcək".
.
