"Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanın əsas maddələri artıq razılaşdırılıb. 2018-ci ildə razılığa gəlmək üçün şans var".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə səfiri, prezidentin sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi İqor Bratçikov RİA "Novosti"-yə müsahibəsində deyib.
"Klassikadan da məlum olduğu kimi, "tam zəmanəti ancaq sığorta polisi verir". Lakin ciddi danışsaq, gələn il Xəzərin statusu ilə bağlı danışıqlar prosesinin uğurla nəticələnməsi üçün bütün şanslar və şərtlər mövcuddur", - deyə rusiyalı diplomat bildirib.



.