Rusiya Ukraynanın nüvə silahı əldə etməsinə imkan verməyəcək. Bu, Rusiya üçün qətiyyən qəbuledilməzdir.
Rusiya Xarici İşlər Nazirliyinin Budapeşt memorandumunun 30-cu ildönümü ilə bağlı bəyanatında bildirilib.
Qeyd olunub ki, Kiyevin nüvə silahı əldə etməsi nüvə silahının yayılmaması müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərə ziddir.
"Rusiya heç kəsi nüvə silahı ilə hədələmir, Ukrayna böhranı fonunda nüvə gücləri arasında toqquşma riski barədə xəbərdarlıq edir. Moskvanın bu sahədəki rəsmi bəyanatları beynəlxalq öhdəliklərə tam uyğundur. Bu, təhdid dili deyil, klassik çəkindirmə məntiqidir", deyə bəyanatda bildirilib
Rəsmi Moskva Budapeşt Memorandumunun müddəalarının Rusiya tərəfindən deyil, Qərb və Ukraynanın özü tərəfindən pozulduğunu bəyan edib.
.