İran Rusiyaya ballistik raketlər tədarük etməyib.


Bu barədə İran xarici işlər naziri Abbas Araqçi "X” hesabında bildirib.

 

“Yenə də ABŞ-la “Avropa üçlüyü” (Almaniya, Fransa və Böyük Britaniya) səhv kəşfiyyat və qüsurlu məntiqlə hərəkət edir. İran Rusiyaya ballistik raketlər tədarük etməyib. Sanksiya aludəçiləri özlərinə sual verməlidirlər: İran necə müasir silahlar istehsal edə və sata bilər?

 

Sanksiyalar həll yolu deyil, problemin bir hissəsidir”, - XİN rəhbəri vurğulayıb.

.