
Gürcüstanda “Maydan” ssenarisi sadəcə müzakirə edilməyib, həm də buna hazırlıqlar görülüb.
Gürcüstanın xarici işlər nazri Maka Boçorişvilinin bəyanatında belə qeyd edilib.
XİN başçısı Gürcüstanın daxili işlərinə müdaxilənin qəbuledilməz olduğunu vurğulayıb.
Boçorişvili müxtəlif Avropa rəsmilərinin Gürcüstanda qeyri-sabitlik, həmçinin konstitusiya quruluşuna qarşı müxtəlif ssenarilər arzusunda olduqlarını qeyd edib.
“Bunlar arasında “Maydan” ssenarisi də var ki, bu yalnız müzakirə edilməyib, buna həm də hazırlıqlar görülüb”, - nazir qeyd edib.