Yeni Kaledoniya Fransa tərəfindən hərbi təzyiqlərə məruz qaldığı üçün ciddi böhran vəziyyətindədir.

Bunu Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest Afrikanın müxtəlif ölkələrindən bir qrup jurnalist, tanınmış bloqerlər və vətəndaş cəmiyyəti fəalları, eləcə də Yeni Kaledoniyalı jurnalistlərin iştirakı ilə hibrid formada keçirilən “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda dəyirmi masa müzakirələri və mətbuat konfransında deyib.

O bildirirb ki, təmsil etdiyi ölkənin üzləşdiyi bu vəziyyət ictimaiyyətdə ciddi psixoloji gərginlik yaradır.

“Biz çox kiçik bir xalqıq. Müstəmləkə keçmişi olan bütün xalqların öz səsini eşitdirmək üçün analoji platformalardan istifadəsinə imkan yaradılmalıdır. Bizi Fransa müstəmləkə şəraitində yaşamağa məcbur edib. Buna baxmayaraq, biz öz hüquq və azadlıqlarımız uğrunda mübarizə aparırıq. Bu mübarizəmizdə bütün dövlətlərin dəstəyinə çox böyük ehtiyacımız var. Mən hesab edirəm ki, kanak xalqının öz müqəddəratını təyin etmək hüququ var”.

.