Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşması bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı tanımaya əsaslanmalıdır.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell ilə birgə mətbuata açıqlamasında bildirib.

“Əməkdaşlıq şurasının əvvəlki iclası 44 günlük müharibənin başa çatmasından və onilliklərlə davam edən münaqişəyə son qoyan Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən üçtərəfli bəyanatın imzalanmasından qısa müddət sonra baş tutdu. İki ölkə arasında əlaqələrin bir-birinin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyini qarşılıqlı şəkildə tanınmasına əsaslanan normallaşmasının alternativi yoxdur. Aİ post-münaqişə dövründə vacib rol oynayır. Bu mənada biz Prezident Şarl Mişelin Ermənistan və Azərbaycan arasında əlaqələrin normallaşdırılmasına dair səylərini, dəstəyini alqışlayırıq”, - XİN rəhbəri qeyd edib.

.