Azərbaycan və Çin arasında diplomatik əlaqələrin yaradılmasından 30 il ötür.
Azərbaycan Xarici İşlər Nazirliyi bu münasibətlə tviter səhifəsində paylaşım edib.
“Bu gün Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Biz bu münasibətlə Çini hökuməti və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və Çin arasında əməkdaşlığın daha da inkişafını səbirsizliklə gözləyirik”, - nazirlikdən bildirilib.
.
