Qazaxıstan Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanatlarını alqışlayır.

Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

"Əminik ki, əldə edilmiş razılaşmalar və bu tarixi sənədin imzalanması Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması, həmçinin bütün Cənubi Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin və rifahın təmin edilməsi yolunda mühüm addım olacaq", - bəyanatda qeyd olunub.

Nazirlikdən həmçinin bildirilib ki, Qazaxıstan möhkəm və uzunmüddətli sülhün təmin edilməsi üçün Bakı və İrəvan arasında konstruktiv dialoqun davam etdirilməsinə yönəlmiş səyləri dəstəkləyir.

.