İranda olan 60-dən artıq ölkənin 3400-dən artıq vətəndaşının təxliyəsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət olunub.
Bu barədə XİN-dən məlumat verilib.
Məlumata görə, 395 Azərbaycan vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.
XİN-dən o da bildirilib ki, İranda və İsraildə olan Azərbaycan vətəndaşlarının hərbi əməliyyatlar nəticəsində xəsarət alması barədə məlumat yoxdur.
.
