“27 sentyabr tarixindən yeni təcavüz aktına əl atan Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən Cenevrə Konvensiyasını və tələblərini kobudcasına pozaraq azərbaycanlı mülki şəxslərini və mülki infrastrukturunu məqsədyönlü şəkildə hədəfə alır”.

Bunu bu gün Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva keçirilən brifinqdə bildirib.

Ermənistan tərəfinin ənənəvi şəkildə yenə də yalan və iftiraya əl ataraq guya ki, azərbaycanlı mülki şəxsləri və obyektləri hədəfə almağıdını bildirdiyini qeyd edən L. Abdullayeva deyib ki, sentyabrın 27-dən indiyə qədər 24 mülki şəxs qətlə yetirilib, 121 nəfər yaralanıb və 300-dən çox ev, mülki obyekt, infrastruktur dağıdılıb.
 

.