"Heydər Əliyev Azərbaycanın qurulması və inkişafında həlledici rol oynayıb, Rusiya ilə strateji tərəfdaşlığın əsasını qoyub".

Bunu Bakıda "Heydər Əliyev: Şəxsiyyət. Missiya. İrs" adlı Rusiya-Azərbaycan tarixi-sənədli sərgisinin açılış mərasimində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

"Azərbaycanda, demək olar ki, hamının səlis danışdığı, Puşkinin dilinə böyük hörmətlə yanaşırlar", -deyə nazir müavini vurğulayıb.

Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev Rusiyaya həmişə Azərbaycanın ən yaxın strateji tərəfdaşı kimi yanaşıb: "Artıq 15 ildir ki, Heydər Əliyev yoxdur, lakin onun gördüyü işlər davam etdirilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin siyasi kursunu layiqincə dəvam etdirir. Əminəm ki, Azərbaycan-Rusiya münasibətləri bundan sonra da inkişaf edəcək və dərinləşəcək".
.