"Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclasının tarixi dəqiqləşdirilir”.
Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, komissiya fəaliyyətini davam etdirir: "Keçikçi dağ məsələsi ilə bağlı status-kvonun bərpası önəmlidir. Ümid edirik ki, azərbaycanlı tərəfdaşlarla danışıqlar strateji tərəfdaşlıq münasibətlərinə uyğun ruhda davam etdiriləcək”.
Qeyd edək ki, iclasın gələn ilin əvvəlində Tbilisidə keçirilməsi nəzərdə tutulub.
.
