“Ermənistan hələ də beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20%-ni işğal altında saxlayır. Ermənistan sülh prosesini pozmaqda davam edir”.

Bunu Rusiyada səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov söyləyib.

“İyuldakı hücum aktiv hərbi əməliyyatların keçdiyi bölgədən uzaqda, böyük enerji və nəqliyyat infrastrukturu obyektlərinin yerləşdiyi istiqamətlərdə həyata keçirilib. Təbii ki, Ermənistan rəhbərliyi əhalini pandemiya ilə kəskinləşən daxili siyasi, sosial və iqtisadi problemlərdən yayındırmaq üçün buna əl atıb”, - nazir deyib.

.