Cənubi Qafqazda davamlı sülhün təmini 2025-ci ildə Türkiyənin ən çox səy göstərdiyi məsələlər sırasında olub.

Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan mətbuat konfransında deyib.

O qeyd edib ki, Balkan ölkələri ilə münasibətlər də Türkiyənin gündəmində böyük rol oynayıb:

"Artıq heç bir ölkə xarici siyasətini əvvəldən müəyyənləşdirilmiş şablonlar əsasında irəli aparmır. İttifaqları doğru qurmağa, mənfəəti müəyyənləşdirməyə məcburuq. Böhran vəziyyətindən çıxış yolunu mütləq müəyyənləşdirmək lazımdır".

H.Fidan bildirib ki, region üçün sülh və təhlükəsizliyin təminatı Türkiyənin əsas prioriteti olacaq.

.