Azərbaycan terrordan ciddi şəkildə əziyyət çəkən bir ölkə olaraq milli və beynəlxalq səviyyədə terrorla mübarizə sahəsində daima ön sıralardadır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında Terrorizm Qurbanlarını Beynəlxalq Anma Günü ilə bağlı paylaşımında bildirib:

"Biz terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə rədd edirik və bu ciddi təhlükəyə qarşı güclü beynəlxalq fəaliyyətin tərəfdarıyıq".

.