“Son dövrlər boşanmaların sayının artması bizi narahat edir”.

Bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhana Kərimova “Ailə-nikah münasibətlərinin inkişafı: çağırışlar, islahatlar, perspektivlər” mövzusunda keçirilən ictimai müzakirə zamanı deyib.

O bildirib ki, bunun qarşısını almaq məqsədilə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyat şöbələrinə psixoloqların cəlb edilməsi istiqamətində işlər görülüb: "2018-ci ildən bəri Bakı şəhərində yerləşən bütün qeydiyyat şöbələrinə psixoloqlar cəlb edilib. Bunun regionlarında tətbiq edilməsi işlərinə başlanılıb".

Xidmət rəisi qeyd edib ki, 2018-ci ildən bəri qeydiyyat şöbələrində nikahın pozulması ilə bağlı 6204 şəxs psixoloqlarla söhbətə cəlb olunub, onlardan 2170 şəxs boşanmaqdan imtina edib.

.