"Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda istismar olunan "Dərinsulu Günəşli” platformasında itkin düşən nefçinin kimliyi açıqlanıb.
Bu barədə AzNews.az-a Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı bildirib. Onun sözlərinə görə, bu, KCA Deutag Caspian şirkətinin əməkdaşı Qalib Hacıyevdir.
Noyabrın 8-də Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçının bir işçisi itkin düşüb.
.
