Xəzər TV-nin yanında dəhşət: Xoşqədəm təcili tibbi yardımı ittiham etdi - VİDEO

7,612 oxunub

Sosial şəbəkələrdən birində Nobel prospektində avtomobil qəzası baş verən əraziyə Təcili tibbi yardım avtomobilinin 40 dəqiqəyə çatması barədə yayılan məlumat həqiqətə uyğun deyil.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Verilən məlumata görə, Təcili Tibbi Yardımın dispetçer xidmətinə hadisə ilə əlaqədar ilk çağırış saat 10:45 daxil olub, saat 11:00-da hadisə yerinə çatan həkim briqadası dispetçer mərkəzi ilə əlaqə saxlayaraq, KTM-də qapalı kəllə beyin travması alan 21 yaşlı qız və müştərək travmaları olan 43 yaşlı kişi üçün yer hazırlanmasını istəyib.

Ağır vəziyyətdə KTM-ə çatdırılan yaralılara lazımı tibbi yardım göstərilib.

Onların vəziyyəti ağır kimi qiymətləndirilir.

Çağırışın və həkim briqadasının hadisə yerinə çatma vaxtları dispetçer xidmətinin kompüter sistemində qeydə alınıb.

***

Bakıda ağır yol qəzası baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə tanınmış aparıcı Xoşqədəm Hidayətqızı "İnstagram” hesabında yazıb.

O, bildirib ki, yol qəzası səhər saatlarında Xəzər TV-nin binası yanında qeydə alınıb.

Səhər dəhşətli avtomobil qəzası baş verib. Maşının içərisindən sürücünü çıxarmaq üçün insanların mücadiləsi, yerə uzadılmış qanlar içərisindəki gənc qızın halı ürəyimi parçaladı.

Düz 40 dəqiqə ərzində qanlar içərisində uzanan gənç qızla birlikdə hər kəs təcili yardım gözləyirdi... Biabırçılıq sadəcə”, - deyə aparıcı şərh yazıb.

Qeyd edək ki, əraziyə təcili yardım maşını cəlb olunub.


VİDEO
.
XƏBƏRLƏR 30-01-2026
14:50 "Nar" və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzalayıb
14:38 Kreml Zelenskiyə cavab verib: Putin ancaq Moskvada danışıqlara hazırdır, Zaporojye AES isə iki ildir nəzarətimizdədir 
14:27 Hikmət Hacıyev BMT-nin müvəqqəti rezident əlaqələndiricisi ilə görüşüb
14:23 Növbəti köç karvanı Həsənriz kəndinə çatıb, açarlar təqdim edilib
14:08 Rusiya Trampın xahişi ilə əlaqədar fevralın 1-dək Ukraynaya zərbələr endirməyəcək
13:51 Rəsmi Moskva 2025-ci ildə Ukrayna ilə müharibədə ölən rusiyalı dinc sakinlərin sayını açıqlayıb
13:32 Ərdoğan Pezeşkianla bölgədəki hərbi gərginliyi müzakirə edib
13:09 Zelenski Donbass və Zaporojye AES üzrə kompromislərin mümkünlüyünü rədd edib
12:56 Zelenski: Rusiya ilə növbəti görüş İranda baş verənlərə görə təxirə salına bilər
12:55 Prezident İndoneziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
12:51 Prezident İlham Əliyev Yunanıstanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
12:36 Ceyhun Bayramov BƏƏ XİN rəhbəri ilə regional vəziyyəti müzakirə edib
12:29 Məhkəmə: Canlı yayımda şəxsiyyət hüquqlarının pozulması hallarında media subyektləri də məsuliyyət daşıyacaq 
12:18 İlham Əliyev Avstraliyanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib
12:14 İlham Əliyev Norveçin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib
Təqvim