14 yanvar Azərbaycan üçün önəmli bir tarixdir. 30 il əvvəl bu gün Azərbaycanla Türkiyə arasında imzalanan protokolla diplomatik münasibətlər təsis edilib.

Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xarici İşlər Nazirliyində Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi münasibətilə keçirilmiş tədbirdə bildirib.

Nazir müavini deyib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub.

“Türkiyənin dəstəyi Azərbaycanın çətinliklər və təhlükələrlə mübarizəsində açar rol oynayıb”, - XİN başçısının müavini vurğulayıb.

O, Azərbaycan üçün 1990-cı illərin zor illər olduğunu xatırladıb. “30 ildə haradan başladıq və hansı zirvələrə yüksəldik”.

.