“Eyni zamanda təbii ki, belə məsələlərin həll olunmasında dövlətlər arasında əməkdaşlıq həyata keçirilir”.

Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Xələf Xələfov bildirib ki, bu cinayətin açılması ilə əlaqədar Azərbaycan beynəlxalq mexanizmlərdən istifadə etməyi planlaşdırır:

“Yaranmış şəraitdə Azərbaycan Prezidenti çətin də olsa bu qərarı qəbul etdi ki, Tehrandakı səfirliyimiz təxliyə olunmalıdır. Əlbəttə hər hansı ölkədə səfirliyin diplomatik nümayəndəliyin fəaliyyətini dayandırması çox məsuliyyətli qərardır.

Amma siz bilməlisiniz ki, biz bunu İran tərəfinin də nəzərinə çatdırmışıq ki, bizim səfirliyimizin mühafizəsinin, səfirlikfə çalışan əməkdaşlarımızın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı İran tərəfinə etibarımız, etimadımız, inamımız yoxdur.

Nə üçün bunu deyirik? Çünki dəfələrlə biz İran tərəfinin nəzərinə çatdırmışdıq ki, Azərbaycan Respublikasının diplomatik nümayəmdəliklərinə qarşı İran ərazisində təhdidlər var. İran tərəfindən tələb etmişdik ki, mühafizə təhlükəsizlik tədbirlərini artırsınlar. dünən baş verən hadisə onu göstərir ki, İran buna etinasız, məsuliyyətsiz yanaşmış və bu terror aktı baş verib”.

İranda səfirliyə hücumda yaralananlar 5-6 saatlıq əməliyyat keçiriblər

“Siz bilirsiniz ki, terror aktı dünyanın müxtəlif beynəlxalq təşkilatları tərəfindən qınanılıb. BMT, NATO, Aİ, TDT, İƏT və digər beynəlxalq təşkikatlar.

Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Xələf Xələfov bildirib ki, eyni zamanda 60-dan çox ölkənin dövlət başçıları, XİN rəhbərləri və səfirləri tərəfindən bu silahlı hücum, bu terror aktı pislənib və tələb olunub ki, İran dövləti öz öhdəlikləri çərçivəsində cinayətin araşdırılmasını şəffaf şəkildə aparsın:

“Biz deyə bilərik ki, Azərbaycan-İran diplomatik münasibətləri tarixində 27 yanvar hüzn günü kimi baş verib. Qonşu dövlətdən biz təəssüf ki, şəhid aldıq. Azərbaycan səfirliyi ilk dəfə şəhid aldı. Əlbəttə Vətən sağ olsun! Bu gün bu hadisələr fonunda onu deyə bilərəm ki, həm şəhid olmuş əməkdaş Orxan Əsgərov, həm də digər əməkdaşlar daha ağır nəticələrə səbəb olacaq hadisənin qarşısını qəhrəmanlıqla aldılar. Yaralananların hər biri 4-5 saat əməliyyatda olublar. Bilirsiniz ki, ilkin tibbi yardım göstəriləndən sonra onlar İranın klinikalarına yerləşdiriliblər, 4-5-6 saat əməliyyatda olublar”.

.