"Gürcüstanla ekspertlər səviyyəsində görüşləri davam etdiririk".

Bunu Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, Azərbaycan-Gürcüstan sərhədinin demarkasiyası üzrə komissiyanın növbəti iclası Gürcüstanda keçiriləcək: "Avqustda birinci mərhələni bitirmişik. İkinci mərhələ görüşlər sentyabrın axırınadək davam edəcək. Biz ekspertləri dinləyib noyabrda komissiyanın növbəti iclasının Gürcüstanda keçirilməsini müəyyən edəcəyik".
.